General Səlami səfər zamanı ölkənin mühüm kəşfiyyat nailiyyətinə toxunaraq deyib: “İran Təhlükəsizlik Nazirliyinin əldə etdiyi dəyərli məlumatlar göstərdi ki, sionist rejimin informasiya və təhlükəsizlik sistemləri çox asanlıqla sızılabiləndir və ‘Əl-Əqsa Tufanı’ əməliyyatından sonra bu sistemlərin zəifliyi tam aydın oldu. İran bu informasiya savaşında üstün mövqeyə sahibdir və bu əməliyyat İslam Respublikasının informasiya gücünü nümayiş etdirdi.”
O, Fars körfəzinin strateji əhəmiyyətinə də toxunaraq bildirdi: “Bu bölgə İranın müdafiə baxımından əsas və önəmli bölgələrindəndir və biz suverenliyimizi və dəniz sərhədlərimizi qorumaqda ciddi iradə göstəririk.”
Səlami SEPAH dəniz qüvvələrinin uzaq məsafələrdəki fəaliyyət imkanlarının artdığını da qeyd etdi və dedi: “Allahın köməyi ilə SEPAH dəniz qüvvələri həm yaxın, həm də uzaq dəniz döyüşlərini uğurla idarə etmək gücünə malikdir. Bu səfərdə döyüş və dəstək sistemlərinin inkişafını da yerində gördük.”
O, SEPAH-ın indi 116 dəniz mili sürətə çatan raketdaşıyan katerlərə sahib olduğunu bildirib və əlavə edib: “Bu hücum gücünün əsas platformaları olan bu sürətli və ağır döyüş gəmiləri say və keyfiyyət baxımından yüksək səviyyəyə çatıb.”
Komandan həmçinin pilotsuz uçuş aparatlarının (PUA) müasir döyüşlərdəki rolunu vurğulayaraq deyib: “SEPAH dəniz qüvvələrinin PUA-ları müxtəlif məsafələr və tapşırıqlar üzrə heyrətamiz şəkildə inkişaf etdirilib.”
Sonda o qeyd edib ki, SEPAH-ın dəniz minaları – xüsusilə gəmi əleyhinə minalar – həm çeşid, həm də imkan baxımından olduqca təəccübləndiricidir.
General Səlami vurğulayıb: “SEPAH dəniz qüvvələri tam şəkildə təchiz olunub və istənilən təhdidə qarşı mübarizəyə hazırdır.”
Sizin rəyiniz